Şou-biznes

Zülfiyyə Xanbabayeva: "Öz istəyimlə efirlərdən uzaqlaşdım"

27 Noyabr 2014 15:20
1 Şərh     Baxış: 3 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Zülfiyyə Xanbabayevadan yeni xəbər var

Milli.Az xəbər verir ki, axsam.az-ın əməkdaşı ilə söhbətində müğənni uzun fasilədən sonra yenidən tamaşaçıları ilə görüşəcək. O, efirlərdən uzaqlaşması ilə bağlı bunları deyib:
 

"Anam dünyasını dəyişəndən sonra öz istəyimlə efirlərdən uzaqlaşdım. Telekanallarımız dəvət edirdi. Çox sağ olsunlar, verilişlər mənə qarşı diqqətcildir. İndi anamın ili çıxıb. Yaradıcılığıma başlamışam. Yeniliklər təqdim edəcəm".
 

Qeyd edək ki, Z.Xanbabayeva və müğənni-bəstəkar Emin oxuduqları "Azərbaycan" duetini dekabrın 4-də "Baku Crystal Hall"da keçiriləcək konsertdə təqdim edəcəklər. Eminin ad günü münasibətilə baş tutacaq mərasimdə Rusiya estradasının tanınmış simaları da iştirak edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.