Şou-biznes

"Oriental oynayıram, milli rəqsdən başım çıxmır"

25 Noyabr 2014 16:31
4 Şərh     Baxış: 3 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış rəqqasə Aytən "Evdəyik" verilişində qonaq olub

Milli.Az gecce.az-a istinadən xəbər verir ki,verilişdə qonaq olan rəqqasə sənət yoldaşlarını qınayıb.

"Hər rəqqas və rəqqasənin öz oyun tərzi olmalıdır. Mən Asenanın etdiyi hərəkətləri etsəm, doğru çıxmaz. Mən oriental oynayıram, milli rəqsdən başım çıxmır. Milli rəqs haqqında heç nə bilmirəm. Oriental rəqsin indiyədək məktəbi olmayıb. Mənim əsl sənətim piano çalmaqdır. Buna görə yeddi il dərs almışam. Üç il Küveytdə qalıb, rəqqasəliyi öyrəndim. Musiqi savadım və ritmim var.

Əgər bunlar hər hansı bir insanda varsa, o gələcəkdə professional rəqqasə ola bilər. Ərəb qızı var idi. Ondan dərs alırdım. Bütün hərəkətləri o qızdan öyrəndim. Mən pul qazanmaq üçün yanaşmıram. Öz işimi sevirəm. İndi oriental rəqsə pis baxırlar. Bu, elə deyil. Sizə elə rəqslər deyərəm onları Azərbaycanda oynayan qızlar da var. Sadəcə, niyə oriental rəqsə bizimkilər pis baxır, anlamıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.