Şou-biznes

Azərbaycanlı müğənni: "Qıza belə söz-söhbətlər yaraşmır"

25 Noyabr 2014 13:09
2 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazim övladlarından danışıb.

Bir oğul və bir qız atası olan Nazim oğluna azadlıq versə də, qızına qadağaları olacaq. Dediyinə görə, bunun üçün onun öz səbəbləri var.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 22 yaşlı oğul atası olan Nazim ailə qurarkən onun seçiminə qarışmayacağını deyir: "Oğlumun 22 yaşı var, hazırda Londonda magistr pilləsində təhsil alır. Təhsilini başa vuran kimi evləndirəcəyəm. Mən demokratik ruhlu atayam, onun seçiminə müdaxilə etməyəcəyəm. Fərq eləməz. Lap ingilis qızla da evlənə bilər. Əsas odur ki, o xanımla özünü xoşbəxt hiss etsin".

Qızına gəlincə, Nazim demokratik ata olduğunu unudacaq: "Qızımın seçiminə gəlincə, o, təbii ki, azərbaycanlı oğlanla ailə quracaq. Çünki oğlan oğlandır, boşanıb yenidən evlənə də bilər. Amma milli mentalitetimizə görə, qıza belə söz-söhbətlər yaraşmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.