Şou-biznes

Mətanətin "qulağı" danlaq obyekti oldu

25 Noyabr 2014 12:35
1 Şərh     Baxış: 3 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbər verdiyimiz kimi, hazırda Milli Televiziya və Radio Şurasında 2014-cü ilin sentyabr-oktyabr aylarında telekanallarda ədəbi dil normalarına riayət edilməsi ilə bağlı hesabatın nəticələri açıqlanır
Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, hesabatda konkret məqamlar da qeyd olunub:

"ATV telekanalında 15 sentyabr 2014-cü il saat 08:37-də yayımlanan reklamlarda "Güldürən kanal ATV bu mövsüm bomba kimi partlayacaq" ifadəsi dəqiq nitq sayılmır.

"Öz aramızda" verilişində dialoq zamanı aparıcı Mətanət Əliverdiyevanın ifadələri nitqin dəqiqliyinə riayət edilməməsi kimi qiymətləndirilib.

Həmin dialoq:

- Bilmirəm, Mətanət bizi eşidir, ya yox.

Mətanət Əliverdiyeva:

- Bu boyda qulağım var, niyə eşitmirəm?!

X X X 

MTRŞ-nin hazırladığı hesabatda ANS TV-nin verilişləri haqda da konkret ifadələr yer alıb.

Telekanalın "Xəbərçi", "Düzbucaq", "İncə maraqlar", "Şou-biz", "Günəbaxan", "Salam, Azərbaycan" və "İç xəbər" verilişlərində qrammatik və leksik normalar pozulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.