Şou-biznes

Müğənnilər barışdılar: "Onun başı çatmır"ı "sandıq" gizlədi?

25 Noyabr 2014 12:42
4 Şərh     Baxış: 4 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Küsülü olan əməkdar artist Zöhrə Abdullayeva ilə müğənni Mətanət Əsədova barışıblar
Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçıların barışığı "Xəzər" telekanalının "5/5" verilişində baş tutub. Canlı proqramda qonaq olan Z.Abdullayevaya M.Əsədova zəng edərək, barışıq jesti edib: "Onun adını mənim yanımda heç kim çəkmir. Çünki sənətdə, yaşda və həyat tərzində də məndən böyükdür. Duz-çörək kəsmişik. Sənətinə, səsinə böyük hörmətim var.

Onun bir tək "Tövbə" mahnısını mən bütün el şənliklərində oxuyuram. Görün o, heç nənəyə oxşayır? Çox qəşəngdir. Biz nə düşmən, nə də küsülüyük. Sadəcə bir ailədə də 4-5 bacı-qardaş arasında da söz-söhbətlər olur". 
 
Xatırladaq ki, tərəflər arasındakı qalmaqal 2 il öncə olub. M.Əsədova həmkarının ünvanına "Bir adam ki 63 yaşında əməkdar artist adını alıb, o, mənim tayım deyil. Onun başı çatmır. O, mənimlə barışmaq üçün cəhdlər edir" sözlərini demişdi.  

Əsədovanın ittihamlarına əməkdar artist Z.Abdullayeva da susmamışdı: "O, mənim haqqımda bir də hər hansı fikir söyləsə, açaram sandığı, tökərəm pambığı. Mən onun haqqında hər şeyi bilirəm. Mənim oğlum, nəvəm - hər şeyim var. Çəkinəcək yerim var. O nədən çəkinəcək? Onun çəkinəcək yeri yoxdur. Məsləhətim budur ki, artıq danışmasın, - deyə Abdullayeva vurğulamışdı .

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.