Şou-biznes

Müğənni canlı efirdə borclarından danışdı - FOTO

23 Noyabr 2014 12:05
10 Şərh     Baxış: 5 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səidə Sultan kredit üzündən keçirilən stresslərdən bəhs edib

Gənc estrada müğənnisi Səidə Sultan "Bazar səhəri"nin efirində kredit borclarından danışdı.

Anspress-in məlumatına görə, bu gün ANS TV-nin efirində "Bazar səhəri" verilişinin qonağı olan müğənni Səidə Sultan borcların insanın həyatını məhv etdiyini deyib.

"Bir krediti götürürsən, ödəniş vaxtı gələndə isə bilmirsən nə edəsən. Məcbur növbəti krediti götürməli olursan. İnsan bütün ayı kredit stressi ilə yaşayır. Ayın sonu çatmamış növbəti ayın ödənişi gəlir", - müğənni bildirib.

Verilişin aparıcısı Səidə Sultandan borcu olub-olmadığını soruşanda isə Səidə Sultan "Allaha şükür ki, artıq borcum yoxdur", - deyə cavab verib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.