Şou-biznes

Bakılı müğənni rus opera divası ilə toy edir - VİDEO

22 Noyabr 2014 19:29
0 Şərh     Baxış: 3 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tenor səsə malik əslən bakılı Yusif Eyvazovla nişanlı olan dünya operasının ulduzu Anna Netrebkonun toyunun keçiriləcəyi zaman və məkan bəlli olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu açıqlamanı nişanlı cütlük Mədəniyyət Rusiya telekanalında "Baş Rol" verlişinin qonağı olarkən edib. Anna ilə Yusifin sevgi əhvalatı bu ilin fevral ayında Romada başlayıb. Cütlüyün Puççinin "Manon Lesko" operasında birgə çıxışı onların gələcək həyat yolunu cızıb.

Münasibətlərini rəsmiləşdirməyə qərar verən opera müğənniləri avqust ayında Zalsburq şəhərində kiçik ailədaxili ortamda keçən mərasimdə nişanlanıblar.

Tenor səsə malik 37 yaşlı Yusif Eyvazov Bakı Dövlət Konservatoriyasının məzunudur. Daha sonra o məşhur opera ifaçılarından ustad dərsləri alıb. 2009-cu ilin aprelində Bakıda ilk solo konsertni verən Yusif bir il sonra Moskvada Böyük Teatrda "Kavaradossi" obrazı ilə debüt edib.

"Baş Rol" proqramının qonağı olan cütlük deyib ki, yeni ildə Venadakı evimizə gedərək toyun necə keçiriləcəyinə birlikdə qərar verəcəyik. Toyun təşkil edilməsində 43 yaşlı Annanın birinci evliliyindən olan oğlu da iştirak edəcək.

Evlənmək həyacanını qışda yaşamaq istəyən cütlük toyu gələn ilin yayında Sankt-Petetburqda edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.