Şou-biznes

Tural Bayraməliyevin "Sevgi dünyası"

21 Noyabr 2014 11:42
Baxış: 1 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəstəkar-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyevin növbəti şeirlər kitabı çapa hazırlanır. Uzun illərdən bəri yazılan və artıq bir kitab həcminə gələn şeirlər toplusu "Sevgi dünyası" adlandırılıb.

"5 ildir ikinci kitabım üzərində çalışıram. "Sevgi dünyası" adlandırdığım kitabın əsasını Vətən, sevgi mövzusu təşkil edir. Hər bir oxucu özünü misralarda tapa biləcək. Dostların şeirlərlə ilk tanışlığından və nəğməyə dönən bəndlərdən yaradıcılıq məhsulumun maraq yaratdığı qənaətindəyəm. Əsas sözü isə geniş publika söyləyəcək", - deyən müəllif şeirlər toplusunu 2015-ci ilin ilk həftələrində təqdimata çıxarmağı nəzərdə tutub.

Müəllifin məlumatına görə, onun ilk kitabı 2008-ci ildə çapdan çıxıb. "Nəğmələr kitabı" adı ilə öncə Gürcüstanda, daha sonra Respublikada təqdimatı keçirilən toplunu Tural Bayraməliyev ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edib:

"Mərhum prezident Heydər Əliyev gənclərə hər zaman dəstək olub. Müstəqilliyimizin qurucusu olan dahi şəxsiyyətə müəllifi olduğum kitabı ərməğan etməyi bir gənc olaraq, özümə borc bilmişəm. Bu silsiləni bu dəfə mahnı şəklində davam etdirəcəm. Heydər Əliyevin 85 illik yubileyinə söz və musiqisi mənə məxsus olan "Xalqımızın qəlbindəsən" adlı kompozisiya həsr etmişdim. Xalq artisti Nisə Qasımovanın ifasında səsləndirildi. Dekabrın 12-si, Heydər Əliyevin anım gününə daha bir kompozisiya ithaf ediləcək. Hazırda bunun üzərində çalışırıq. "Ulu öndər" adlandırdığımız bu nəğmənin sözləri Həsən Şirinova, musiqisi mənə məxsusdur. Musiqili əsəri əməkdar artist Almaz Ələsgərli səsləndirəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.