Şou-biznes

Məşhurlarımızın pis vərdişləri: "Yanımdakının boşqabından götürürəm, gözüm doymur"

20 Noyabr 2014 12:57
0 Şərh     Baxış: 2 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Hər şey daxil" verilişi məşhurlar arasında sorğu apararaq onların pis vərdişlərini ortaya çıxarıb.

Milli.Az axsam.az-a istinadən tanınmışlar arasında aparılan həmin sorğunu təqdim edir:

Xalq artisti Nəzakət Teymurova - Oxuyanda dilimlə tez-tez dodaqlarımı yalayıram. Onu özümə bağışlaya bilmirəm. Efirdə görəndə də əsəbləşirəm. Bilmirəm əsəbdəndir, yoxsa həyəcandandır.

Əməkdar artist Cavanşir Məmmədov - Ən pis vərdişim amerikan modeli olan maşınlar almaqdır.

Müğənni Samirə Allahverdiyeva - Barmaqlarımı sındırıram. Evdəkilər mənimlə dava edirlər ki, pis vərdişdir, tərgit.

Rəqqasə Fatimə Fətəliyeva - Yeməyi tez-tez yeyirəm. Əgər yanımda kimsə oturubsa, özümdə bitəndən sonra onun boşqabından götürürəm. Gözüm doymur.

Müğənni Vüqar Muradov - Dırnaqlarımı yeyirəm. Bu vərdişim uşaqlıqdan var. Bir ara acı lak vurdum ki, yeməyim. Köməyi də oldu. Sonra yenə dayana bilmədim.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.