Şou-biznes

Əməkdar artist dördüncü övlad istəyir - FOTO

20 Noyabr 2014 10:31
2 Şərh     Baxış: 2 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Gülyanaq Məmmədova övladları ilə kamera qarşısına keçib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Düzünü desək" verilişinə açıqlama verən müğənni onlara çox vaxt ayıra bilməməsindən şikayətlənib:

"Baxıram başqalarının övladları hər gün parkda gəzir, hava alırlar. Mən isə işimin çoxluğundan onları küçəyə çıxara bilmirəm".

G.Məmmədova dördüncü övlad istədiyini də deyib:

"Hər zaman arzulamışam ki, iki qızım, iki də oğlum olsun. İndi məndən çox qızım deyir ki, ana məni tək qoyma, bacı istəyirəm".

Qeyd edək ki, əməkdar artistin Səidə Sıla adlı qızı, Miryaqub və Fikrət adlı oğlanları var.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.