Şou-biznes

Günaya canlı efirdə ittiham: "Yalan deyir!"

19 Noyabr 2014 14:27
8 Şərh     Baxış: 9 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tolikdən sərt açıqlama.
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişilə canlı bağlantı yaradan prodüser müğənni Günay İbrahimlinin yalanını açıqlayıb.
  

"Bəzi müğənnilər, mən İnstagram-da öndəgedənəm deyirlər. Ümumiyyətlə, iki günə yaxındır, Azərbaycan teleməkanında Günay İbrahimli yaradıcılıq gecəsi başlayıb. Mən buna qarşıyam. Onunla heç bir problemim yoxdur. Günay üç ilə yaxındır bu sənətdədir. Mənim stajım ondan beş dəfə artıqdır. Mən Azərbaycan şou-biznesində öndəgedən simalarla çalışmışam. Populyarlaşmasında dəstək olmuşam. Müğənninin bir gün ərzində İnstagram-da iki min izləyici toplaması mənə çox maraqlıdır. Bu, qeyri-mümkündür. Günayın səhifəsinə baxdım, onu izləyənlərin çox hissəsi yalançı adamlardır. Günayın 128 min izləyicisi yox, 78 min izləyəni var. Yerdə qalan profillər isə yalançı adlardır. Azərbaycanda yeganə müğənni Röyadır ki, onu izləyənlər saxta profillər deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.