Şou-biznes

"Dodaqlarını elə şişirtsinlər ki, baxanlar iyrənməsin..." - FOTO

31 Oktyabr 2014 16:57
5 Şərh     Baxış: 5 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Ruhəngiz Musəvi plastik əməliyyat etdirən sənətçilərdən danışıb

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, "ATV maqazin" verilişinə açıqlamasında 61 yaşlı əməkdar artist bəzi sənətçilərin dodaqlarını həddindən artıq böyütdüklərini bildirib:

"Mən əməliyyatdan qorxuram. Hamıya arzu edirəm ki, mənim yaşıma çatanda, elə mənim kimi cavan qalsınlar. Sənətçilər var ki, əməliyyat etdirsələr də, boyunlarına almırlar. Dodağını silikon etdirənlər məni əsəbləşdirir. Dodağı şişirtmək olar, amma elə etmək lazımdır ki, baxanlar iyrənməsin. Baxırsan cavan müğənnidir, altında bahalı maşını var. Deyir ki, özümündür. Adama deyərlər ki, sən bunu nə vaxt aldın? Özünü reklam edir, sonra da əlindən alırlar. Pul verib səhnəyə çıxsam, gözdən düşərəm. Evlərini reklam edirlər, insanlar baxıb nifrət edir.

Sənətçi həyat yoldaşından da danışıb:

"Mənim üçün dəyərli insandır, mənə hər zaman dəyər verib. Hər bir qadına dayaq lazımdır. Məni uşaq kimi əzizləyir. Bir ildir ərimi görmürəm. İşi ilə əlaqədar xarici ölkədədir".

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.