Şou-biznes

"Xanımına əl qaldıran kişinin əli quruyar"

30 Oktyabr 2014 18:37
9 Şərh     Baxış: 1 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elçin Hüseynov "Hələ bu harasıdır" verilişində cəmiyyətdə qadına şiddətdən danışıb

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, ifaçı xanımlara qarşı zorakılığın əleyhinə olduğunu deyib:

"Qadınlar incə məxluqdur. Xanımına əl qaldıran kişinin əli quruyar. Eşitdiyimə görə, imamlarımızdan biri öz qızı içəri girəndə ayağa qalxırmış. Kişilər hər zaman qadına hörmət etməlidirlər. Allah insana fikir və onu ifadə etmək üçün dil verib. Hər bir ailənin öz xarakteri var. Ailəyə yeni gələn gəlinə izah edilməlidir ki, burada qayda-qanun belədir. Qadını döyməklə, ona əl qaldırmaqla heç nəyə nail olmaq olmaz".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.