Şou-biznes

Ulvira: "Qızım, yoldaşı və uşaqları mənim evimə qonaq gəlir və..."

25 Oktyabr 2014 11:01
2 Şərh     Baxış: 5 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı.

7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.
 
Kulis.az Prustun suallarını tanınmış aparıcı Ülvira Qarayevaya ünvanlayıb.
 
1. Ən sevdiyiniz söz?
 
- Ailə.
 
2. Nifrət etdiyiniz söz?
 
- Nifrət.
 
3. Sizi nə həyəcanlandıra bilər?
 
- Sədaqət.
 
4. Həyəcanınızı nə öldürə bilər?
 
- Biganəlik.
 
5. Hansı səsi çox sevirsiniz?
 
- Evimin səsini.
 
6. Hansı səsə nifrət edirsiniz?
 
- Müharibə səsinə.
 
7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?
 
- Öz peşəmlə.
 
8. Hansı fitri istedada sahib olmaq istərdiniz?
 
- Xanəndəliyə.
 
9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?
 
- Elə biri yoxdur.
 
10. Harada yaşamaq istəyərdiniz?
 
- Azərbaycanda.
 
11. Ən başlıca çatışmazlığınız nədir?
 
- Unutqanlığım.
 
12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?
 
- Unutqanlığım.
 
13. Qəhrəmanınız kimdir?
 
- Vəziyyətə görə dəyişir.
 
14. Çox istifadə etdiyiniz söyüş hansıdır?
 
- Şərəfsiz.
 
15. Hazırkı əhvalınız (ovqatınız) necədir?
 
- Rahat.
 
16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
 
- Nəticə göstər!
 
17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?
 
- Qızım, yoldaşı və uşaqları mənim evimə qonaq gəlir və uşaqlarının sayı o qədər çox olur ki, adla deyil, sayla yerlərində olduqlarını yoxlayırıq.
 
18. Sizcə, bədbəxtliyin tərifi nədir?
 
- Özünə və sevdiklərinə kənardan baxa bilməmək.
 
19. Necə ölmək istəyərdiniz?
 
- Qızımın gələcəyindən, ailəsindən arxayın, sevdiyim insanların əhatəsində, ağrısız və doymuş.
 
20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiz?
 
- Bu dünyada da, o dünyada da üzümə baxsın, yetər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.