Şou-biznes

Xoşqədəm Hidayətqızının gəlinlikdə VİDEOsu

23 Oktyabr 2014 20:08
19 Şərh     Baxış: 15 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ATV kanalında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Türkiyənin məşhur müğənnisi Doğuşla evlənməsi barədə yayılan xəbərlərin doğru və ya yalan olması ilə bağlı müxtəlif fərziyyələr var.

Bu hadisə xüsusilə, sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, brifinq.com saytının əldə etdiyi görüntü isə bu toyun real olduğu haqda müəyyən təəssüratlar yaradır. Görüntüdən gəlinlik libasında olan tanınmış aparıcının ayaqqabısının altına yazdığı xanımların isimlərini səsləndirdiyi və kənardan gələn səsin məhz sözügedən müğənni Doğuşa aid olduğu müəyyən edilir.

Xoşqədəm Hidayətqızı Aysər, Nərmin, Vüsalə və Sona adlı xanımların adlarını çəkir.
Qeyd edək ki, Türkiyədə toy gününə dair evlilik inancına görə, gəlin ayaqqabısının altına rəfiqələrinin adını yazır, bu adlarından hansı silinsə, onun qısa zamanda evlənəcəyinə inanılır. Həmin görüntüləri təqdim edirik.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.