Şou-biznes

Kənan M.M əhdini pozdu - FOTO

23 Oktyabr 2014 19:35
1 Şərh     Baxış: 4 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq və bəstəkar mahnılarının ifaçısı Vüsalə Rəcova bu gün "Sevməyi öyrədim" (musiqisi Rəşad Bağırov, sözləri Vüsalə xanımın) adlı mahnısını və eyniadlı klipini təqdimata çıxardıb.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı Şəhriyar Əbilovun təqdimatı ilə klip və disk  KİV-ə, Vüsalə xanımın musiqiçi qonaqlarına təqdim edilib. Klipin mövzusu gündəmlə səsləşir. Sevgilisinin telefonuna gələn bir mesaj onları bir-birindən ayırır. Kadrlarda sevdiyi insanı xatırlayan Vüsalə xanım onu bağışlamır. Qeyd edək ki, Kənan M.M 5 illik fasilədən sonra klip yaradıcılığına Vüsalə xanımın təklifi ilə davam edib. Vüsalə Rəcovanın ilk klipini uzun zaman öncə ekranlaşdıran Kənan M.M onun növbəti təklifi ilə öz qadağasına xitam verib. Xanım sənətçi ilə olan dostluğunu dəyərləndirərək, kamera arxasına keçib. Kadrları istedadlı operator Bəhruz Əliyev lentə köçürüb.

Milli Konservatoriya nəzdində musiqi kollecinin məzunu olan Vüsalə xanım hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Bu camiyədə çalışan tanınmış xanəndələr və musiqiçilər Vüsalə xanımın təqdimat mərasiminə toplaşmışdılar. Arif Babayev, Mənsum İbrahimov, Niyaməddin Musayev, Babək Niftəliyev, Təyyar Bayramov, aşıq Zülifyə, Mirkamil Kamilov, Rövşən Əziz və digər tanınmışlar Vüsalə xanımın sənəti, təqdimatı çıxarılan klip və diski haqqında xoş sözlər ifadə etdilər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.