Şou-biznes

Emil Bədəlov: "Əgər mən "hə" deyib onu ərə verirəmsə, sonrasına qarışmaram"

23 Oktyabr 2014 18:40
3 Şərh     Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Emil Bədəlov qızından bəhs edib

Milli.Az xəbər verir ki, sənətçi övladının böyüyəndə həkim olmasını istədiyini deyib. Emil bu haqda qonaq olduğu "İncə maraqlar" verilişində danışıb. O, "Qızınız gələcəkdə ailə quranda işləməyə qoymasalar, nə edərsiniz" sualına belə cavab verib. Məlumatı axsam.az saytı yayıb.

"Əgər mən "hə" deyib onu ərə verirəmsə, sonrasına qarışmaram. İşləyib-işləməməyinə ailəsi qərar versin. Artıq onunla bağlı hər şeyi özləri bilər. Bəzən ailədə problemlər yarana bilər ki, mən o zaman qarışaram. Amma işləməyinə heç vaxt. Buna baxmayaraq, qızımın gələcəkdə peşəkar həkim olmasını istəyərdim".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.