Şou-biznes

Xalq artisti oğluna varlı qız alacaq

23 Oktyabr 2014 16:53
8 Şərh     Baxış: 3 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Brilliant Dadaşova oğlunu imkanlı qızla evləndirmək istəyir
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Evdəyik" verilişində qonaq olan müğənni aparıcıya "Yaxşı qız tap, oğlumu evləndirim" deyib.
Aparıcının "Mənim tapdığım qızı bəyənməzsiniz. Siz varlı qız istəyərsiniz" sözlərinə B.Dadaşova belə cavab verib:

"Oğlum üçün çox əziyyət çəkmişəm. Türkiyədə olanda səhər saat 8-də oyanır, onu dərsə yola salıram. Mənə yastıq atır, "get" deyir. Amma oyanana qədər əl çəkmirəm. Onun üçün mənəvi əziyyətlər çəkdiyim qədər, maddi zəhmətim də olub. Ona görə də, niyə mən də elə qız istəməyim ki? Mən də istəyirəm oğlum yaxşı bir qızla evlənsin".

Qeyd edək ki, B.Dadaşovanın oğlu Cahad Türkiyədə təhsil alır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.