Şou-biznes

Azərbaycanlı teleaparıcı: "Qızımı mediadan gizlətməyi düşünmürəm"

23 Oktyabr 2014 16:23
5 Şərh     Baxış: 2 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yaxınlarda ana olan aparıcı Lalə Əlimuxtarova qızından bəhs edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı qızına dayə tutduğunu deyib:
"Qızımın bir ayı tamam olub. Artıq işlərimin başına qayıtmışam. Verilişimin çəkilişlərini edir, toylara gedirəm. Qızımı dayəsinə tapşırıram. Sakit uşaqdır. Övladımı mediadan gizlətməyi düşünmürəm. Hətta müğənnilərin çoxu onu görmək istəyir. 40 günü tamam olandan sonra qonaqlıq edib, yaxın bildiklərimi çağıracam. Qızım həm mənə, həm də atasına bənzəyir".

L.Əlimuxtarova yaradıcılığındakı yenilikdən də bəhs edib:
"Yeni layihə təqdim edəcəkdim. Amma ana olmağa hazırlaşdığım üçün alınmadı. Layihəm qüvvədədir. Gələn mövsüm onunla efirə gələcəm".

Qeyd edək ki, L.Əlimuxtarova qızına Melis adını qoyub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.