Şou-biznes

Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı: "Bizi Aygün ayırdı..." - FOTOSESSİYA

23 Oktyabr 2014 15:21
69 Şərh     Baxış: 61 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Namiqlə çox xoşbəxt idik, Aygün Kazımova ilə tanış olandan sonra ailəmiz dağıldı"

Milli.Az bildirir ki, bunu azvision.az-a açıqlamasında məşhur meyxanaçı Namiq Qaraçuxurlunun indiyədək hamıdan gizlətdiyi keçmiş həyat yoldaşı Solmaz Şükürova bildirib.

Namiq Qaraçuxurlu ilə evliliyindən 2 oğlunun dünyaya gəldiyini deyən S.Şükürova meyxanaçının hamıdan gizlətdiyi böyük sirri açaraq onu şan-şöhrətə görə övladlarını atmaqda ittiham edib:

"Namiq artıq özü danışdığı yalanların məsuliyyətini daşımalıdır. O, şan-şöhrətə görə iki oğlunu atıb getdi. Amma artıq faktlar qarşısından heç yerə qaça bilməyəcək. Namiq Ümidlə Ülvinin atasıdır. Biz Aygünə görə ayrılmışıq. Ayrıldıq deyəndə ki, Namiq özü bizi atıb getdi. Onda Ülvi 4 aylıq, Ümid isə yaş yarım idi.
2005-ci ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsində rəsmən boşanmışıq. Mənim nəsə gizlətməyə və gizlənməyə ehtiyacım yoxdur. Çünki hər şey rəsmi olub, evlənməyimiz də, boşanmağımız da".

S.Şükürova Namiq Qaraçuxurluya olan sevgisindən indiyədək ailə qurmadığını deyib.

"Sadəcə, bu günə qədər uşaqlarımın atası kimi Namiqə hörmət etdiyimdən susmuşam. Ailə də qurmadım, çünki uşaqlarımı hansısa yad bir kişi ilə böyütmək istəmədim. Ona görə ki, dünyada Namiqdən başqa heç bir kişi onlara atalıq edə bilməz. Kişilər çox eqoist olur. Başqa nə bilmək istəyirsizsə, Namiqdən soruşun".

Keçmiş xanımının sözlərinə görə, Namiq Qaraçuxurlu 8 il övladları ilə maraqlanmayıb. Meyxanaçı boşanandan sonra keçmiş həyat yoldaşına 2 ev bağışlayıb.

"Boşananda Namiq mənə iki ev verdi. Sonra 8 il heç bir münasibətimiz olmadı. Son iki ildir ki, hərdən uşaqlara zəng edir. Uşaqlarım atasını çox istəyirlər. Çünki mən heç vaxt Namiqi oğlanlarımın gözündən salmağa çalışmamışam, əksinə heç vaxt istəməmişəm ki, onların içində nifrət olsun. Uşaqlarımı sevgi ilə sevgi dolu böyütmüşəm. Onları atalarının da yerinə sevmişəm. Bizi tanıyan hamı deyir ki, bu uşaqlar atalı uşaqlardan ürəkli oğullardır. 11 ildir uşaqlarımı öz əziyyətimlə böyütmüşəm. Namiq Allah qarşısında cavab verəcək".

BDU-nin Hüquq fakültəsini bitirdiyini deyən S.Şükür hazırda hüquqşünas kimi fəaliyyət göstərdiyini qeyd edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.