Şou-biznes

Azərbaycanlı müğənni: "Onu bir daha görsəm, çiynimə alıb gəzdirərdim"

23 Oktyabr 2014 14:57
1 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Vasif Məhərrəmli "Gün üzü" verilişinin qonağı olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi kimsəsizlər evinə atılan Oqtay bəyi öz istəyi ilə himayəsi altına götürdüyünü bildirib.
 
"Keçən həftəki süjetinizə baxıb çox kövrəldim. Gözlərim doldu. Qərara gəldim ki, sizə zəng edim Oqtaya əlimdən gələn köməkliyi edim. Özümdən kiçiklərə məsləhət görürəm, valideyn necə olursa-olsun, psixi problemi olsun, ya da əlil olsun - unutmayın, valideyn müqəddəsdir. Bunu etmək isə kişilikdən deyil. Bu dəqiqə atamı axtarıram. Onu bir daha görsəm, çiynimə alıb gəzdirərdim. Amma atası, anası sağ ola-ola atanlar var. Valideyninin varlığından utanırlar. Niyə? Hamının atası milyonçu, ya da nazir ola bilməz. Mənim şansım gətirib ki, ziyalı ailədə doğulmuşam. Atam fəhlə, ya sürücü olduğu üçün utanmalıyam? Ar olsun belə insanlara".
 
Qeyd edək ki, müğənninin himayəyə götürdüyü və kimsəsizlər evinə qoyulan Oqtay bəyin 4 qızı və həyat yoldaşı olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.