Şou-biznes

"Bunu eşidənlər deməsinlər ki, Tolik qorxdu"

23 Oktyabr 2014 13:13
0 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tolik bundan sonra qalmaqallar etməyəcək

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Hər şey daxil" verilişində artıq bu cür söz-söhbətlərdən uzaq olacağını deyib:

"Elə insanlar var ki, onlar məni qıcıqlandırır. Həmin sənət adamlarından zərbə görmüşəm. Amma öz-özümlə tək olanda fikirləşirəm: bəlkə, bəsdir? Hər şey, söz-söhbət bitsin. Bunu eşidənlər deməsinlər ki, məhkəmədə uddum, Tolik qorxdu. Əsla belə şey yoxdur. Öldü var, döndü yoxdur. Amma qərar vermişəm ki, söz-söhbətlərdən uzaq olum. Bu, insanları da qıcıqlandırır. Mən eqoistəm, çalışıram yaxınlarımın məsləhətinə qulaq asmayım. Onda özlərini böyük hiss edirlər. İnstagram dostlarımın məsləhətlərinə hörmətlə yanaşıram. Məni tanımırlar, gözəl sözlər deyirlər".

Qeyd edək ki, N.Həbibi xalq artisti Aygün Kazımova, prodüser Tolik və klipmeyker Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, A.Kazımova, Tolik və Z.Ağayev Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidirlər. Tolik isə üzr istəməyəcəyini, apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.