Şou-biznes

Aygün: "Səbəbkar həyat yoldaşım oldu"

22 Oktyabr 2014 17:22
1 Şərh     Baxış: 3 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Aygün İsmayılovanın "O səs Türkiyə" müsabiqəsinə qatılması ilə bağlı xəbər vermişdik
Milli.Az bildirir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı yarışmada iştirakından, bu işdə ona həyat yoldaşının kömək olmasından danışıb:

"Müsabiqəyə qatılmağı heç ağlımdan da keçirmirdim. Birinci səbəbkar həyat yoldaşım oldu. Mənim yerimə internetdə qeydiyyatdan keçib. Mənə zəng gələndə inanmadım, sürpriz oldu. Etiraz edə bilmədim. Əslində, övladım doğulandan sonra bir il ancaq onunla məşğul olacağımı deyirdim. İlk mərhələ gözəl keçdi. Ən çox sevindiyim hal elə müsabiqənin səhəri günü "TV 8"-də "Aramızda qalsın" verilişində səsim barədə gözəl fikirlər eşitməyim oldu.

Türkiyənin tanınmış jurnalisti Funda Özkalyoncuoğlu haqqımda gözəl sözlər dedi. İkinci tur - duel noyabrdan sonra başlayacaq. Çünki seçimlər hələ davam edir. Özümə, səsimə və potensialıma güvənirəm".
Qeyd edək ki, A.İsmayılova türkiyəli iş adamı Haluk Miyakla ailəlidir. İfaçı İstanbulda yaşayır. Bu yaxınlarda isə cütlüyün bir qız övladı dünyaya gəlib.

"O səs Türkiyə"yə qatılan Aygün münsiflərdən Mazhar Özkanı seçib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.