Şou-biznes

Emmanın "bunlar xəstədir" sözlərinə cavab: "Xəstəliyimizlə bağlı tezliklə həkimə müraciət edəcəyik" - YENİLƏNİB

22 Oktyabr 2014 17:37
6 Şərh     Baxış: 3 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Müğənni Emma Ələkbərzadənin sosial şəbəkədə yazarlar haqqında işlətdiyi aşağılayıcı ifadələrə tanınmış qələm sahibləri Mirmehdi Ağaoğlu, Şərif Ağayar və Ağa Cəfərli münasibət bildirib:


17:37


"Biz bu aksiyaya start verəndə Emma Ələkbərzadə kimi görkəmli mədəniyyət xadiminin bu qədər kəskin reaksiya verəcəyini gözləmirdik. Onun yüksək etika, dərin zəka və çevik təfəkkürlə yazdığı açıqlamanı oxuyanda xeyli mütəəssir olduq.

İnanın, bilsək, bəlkə də bu aksiyaya başlamazdıq. Nədən ki, böyük müğənnimiz narahat olmasın və qızıldan qiymətli vaxtını belə faydasız işlərə həsr etməsin. Hələ, onun əsəbiləşməsini, həyəcanlanaraq səhhətini riskə atmasını demirik... Dəyərli ifaçımızı əmin edirik ki, xəstəliyimizlə bağlı tezliklə həkimə müraciət edəcəyik. Çoxlu toylar arzusuyla, görüşənədək".

----------
15:56

Müğənni Elmira Ələkbərzadə sosial şəbəkədə "Toylara yox deyək" adlı aksiyaya başlayanları tənqid edib

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, ifaçı sosial şəbəkədə başladılan aksiyanın yersiz olduğunu bildirib:

"Azərbaycanda başlayan  bu nə axmaq aksiyadır? Azərbaycanda toylara yox deyək!!! Bunların başı çatır, ya yox? Hansısa məntiqsiz məqaləyə görə, aləm bir-birinə dəyib. "Norveçdə və ya başqa yerlərdə toy olmur" ifadəsi məni güldürdü. Oyanın, ay balam. Belə gülünc, məntiqsiz məqalə yazmaqla özünüzü alçatmayın.

Kimsə kreditə pul götürüb bahalı yerdə toy edib müflis olur? Kredit götürməsin, canı çıxsın münasib yerdə toy etsin. Bir şeylə razıyam ki, toylarda masalar yeməkdən partlayır. Həqiqətən, yeməkləri azaltmaq lazımdır. Yoxsa "Toylara yox deyək" nədir? Vallah bunlar xəstədirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.