Şou-biznes

Aynişan: "Peşmanam..."

22 Oktyabr 2014 14:29
15 Şərh     Baxış: 9 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə təhsilini davam etdirir.

Milli.Az bildirir ki, tabloid.az-ın əldə etdiyi məlumata görə, Aynişan Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasovanın evində qalır. Hətta səhərlər onu dərsə Məlahət xanım özü aparır.
 
Şəkil çəkdirməyi həddindən artıq sevən Aynişan səhərlər dərsə gedərkən, konsertə gedərkən çəkdiyi fotoları sosial şəbəkədə paylaşmağı unutmur. Amma deyəsən, sosial şəbəkədə izləyənlərin bir neçəsi onu bərk əsəbləşdirib. Belə ki, o, paylaşdığı şəkillərə yazılan şərhlərlə tanış olmaqda çətinliyinin yarandığını söyləyir:
 
"Peşmanam, bir şəkil paylaşım. Şərh bölməsinə çoxsaylı reklamlar yerləşdirilir. Nədənsə, hamı mənim bloqumda özünü reklam etmək istəyir. Son dəfə xəbərdarlıq edirəm, mənim səhifəmdə reklam yerləşdirənləri blok edəcəyəm, səhifəsinə spam göndərəcəyəm, özünü də şikayət edəcəyəm. Sonra demədi deməyin!"
 
Aynişanın paylaşdığı son fotoları təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.