Şou-biznes

Kamran Həsənli: "Mənim adımdan istifadə edən kimdirsə..."

22 Oktyabr 2014 13:53
1 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kamran Həsənli facebook-dan istifadə etmədiyini bildirdi
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı facebook-da adından istifadə edən insana canlı efirdə bunları deyib:
 
"Öz adıma facebook-da səhifə tapmışam. Buradan elan edirəm, mən facebook-da yoxam. İstifadə etmirəm. Mənim adımdan bu səhifəni açan insana hörmətim var. Çünki pis şeylər yazmır. Adımdan yazır. Məndən icazə alsaydı, yaxşı olardı. Ən son şəkillərimi haradansa tapıb, paylaşır. Bunun yolunu tapmaq lazımdır. İnsanlara necə çatdıraq ki, bu biz deyilik? Mənim adımdan istifadə edən kimdirsə, milliyətçi adamdır. Atatürk və Məmmədəmin Rəsulzadənin şəklini səhifəmdə qoyub. Onlara sevgimiz var. Öz adından yazsa, yaxşı olar. Bir dəfə yaxın dostum çaşıb, o adamı mən hesab edərək yazışıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.