Şou-biznes

Xoşqədəm Doğuşla evləndi, yoxsa?.. - YENİ FOTO

22 Oktyabr 2014 13:27
12 Şərh     Baxış: 16 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bunun məşhur aparıcının növbəti piar kampaniyasının bir hissəsinin olduğunu deyənlər var

Teleaparıcı Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla ailə qurması haqda yayılan məlumatlar mediada və sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib.

Şəbəkə istifadəçiləri  cütlüyün ailə qurmasına inanmadıqlarını və fotoların Hidayətqızının yeni layihəsi üçün çəkildiyini bildiriblər. Onlar bunu da məşhur aparıcının növbəti piar kampaniyasının bir hissəsinin olduğunu deyirlər.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun əməkdaşı dəfələrlə teleaparıcı ilə əlaqə saxlamağa çalışsa da, ona zəng çatmayıb. Teleaparıcının yaxınlarının verdiyi məlumata görə isə o, həqiqətən türkiyəli sənətçi ilə ailə qurub.

Yeri gəlmişkən, qeyd edək ki, Xoşqədəm Hidayətqızı bir neçə dəqiqə əvvəl sosial şəbəkədə Doğuşla yeni fotosunu paylaşıb, lakin heç bir açıqlama verməyib.

Xatırladaq ki, dünən axşam ilk olaraq türkiyəli müğənni Doğuş Xoşqədəm Hidayətqızı ilə fotosunu paylaşmışdı. Daha sonra teleaparıcı öz instagram səhifəsində Doğuşla fotosunu paylaşaraq sevgi mesajları vermişdi.

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.