Şou-biznes

"Elit star" Cəmilə bunu da etdi - FOTO

21 Oktyabr 2014 15:48
3 Şərh     Baxış: 5 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elit star" ləqəbli müğənni Cəmilə yeni veriliş açıb

Milli.Az bildirir ki, bu barədə publika.az-a özəl açıqlama verən sənətçi bildirib ki, proqram qürbətdə yaşayan həmyerlilərimizə həsr olunub:

"Azərbaycan teleməkanında belə veriliş olmayıb. Düzdür, müxtəlif vaxtlarda buna bənzər layihələr görmüşəm. Amma heç biri belə deyil. Biz burada böyük çəkiliş qrupuyla ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın yaşadığı yerləri ziyarət edirik. Təsəvvür edin ki, Rusiyada dinimizə, şəriətimizə əməl edən ailələr var. Həm qürbətdə yaşayasan, həm də adət-ənənəni, təlim-tərbiyəni bu qədər qoruyasan. Bu, hər adamın işi deyil. İlk çəkilişimiz Vladivostokda və ondan da 200 kilometr o tərəfdə yerləşən Ussuriyskdə oldu. Təsəvvür edin ki, orada soydaşlarımız gözəl bir məscid tikdiriblər".
 
Qeyd edək ki, "Qürbətdən gələn səslər" adlanan veriliş "Dünya tv"-də hər həftənin şənbə günü 20:30-da yayımlanacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.