Şou-biznes

Əməkdar artist pianonun üstünə çıxıb rəqs edəcək

21 Oktyabr 2014 11:09
7 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Elza Seyidcahan yeni layihə hazırlayır
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Onlar" verilişinə açıqlamasında royalın üstündə rəqs edəcəyini deyib:

"86 kiloqram olmuşdum, dəhşətə gəlirdim. İndi 13 kiloqram arıqlamışam, hədəfim 60-dır. Bir-iki layihəm var. Orada rəqs edəcəm. Buna görə də, mütləq bir az da arıqlamalıyam. Bir layihəmdə pianinonun üstünə çıxıb orada rəqs edəcəm. Bu ideya məndə 15 ildir ki, var. 2006-cı ildə Dima Bilan "Eurovision"da Rusiyanı təmsil edərkən o səhnəni göstərdi, royalın içindən rəqs edən qız çıxdı.

Onu görəndə özümlə fəxr etdim ki, mən bunu illər əvvəl fikirləşmişəm. Bu səhnəni mən on il əvvəl Gürcüstanda konsertə gedərkən edəcəkdim. Konsert açıq havada oldu, yağış yağdı, alınmadı".
Sənətçi "Yenə də şou-biznesi silkələyəcəksiniz?" sözlərinə belə cavab verib:

"Mən sənətə gələndən şou-biznes zəlzələ içindədir. Hər ideyam onları silkələyir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.