Şou-biznes

Van Damm Telman İsmayılovun dəvətini qəbul elədi - FOTO

20 Oktyabr 2014 13:05
0 Şərh     Baxış: 3 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq "Qızıl Portağal" film festivalında mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, azərbaycanlı aktrisa Nəzrin Cavadzadənin "Ən yaxşı aktrisa" nominasiyası üzrə mükafata layiq görüldüyü gecədə dünya şöhrətli aktyor Van Damm da iştirak edib. "Mardan Palace Otel"in sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun ailəsinin xüsusi dəvəti ilə Honkonqdan Türkiyəyə yollanan V.Damm Antalyada ilk dəfə olduğunu deyib:

 
"Bura gəldiyimə görə çox xoşbəxtəm. Siz olmasaydınız, mən bu səviyyəyə çatmazdım".

Mükafatlandırma mərasimində onunla selfi çəkdirmək istəyənlərin xətrinə dəyməyən dünya ulduzu Antalyanın bələdiyyə sədri Menderes Türel tərəfindən gecənin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, Van Damm Türkiyədə yaxın dostu T.İsmayılovun otelində qalır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.