Şou-biznes

Mirkamil Kamilov: "Biz Aynişanla..."

20 Oktyabr 2014 10:57
32 Şərh     Baxış: 25 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış müğənni şayiələrə son qoydu
Milli.Az gecce.az xəbər verir ki, Mirkamil Aynişanla sevgili olması ilə bağlı gəzən söz-söhbətə "Onlar"da aydınlıq gətirib.
 
"Hamı bilir ki, mən İranda əməliyyat olunanda əməkdar artist Aybəniz Haşımova və qızı Aynişan mənim yanımda olublar. Buna görə ömrümün sonuna kimi Aybəniz xanıma borclu olacam.

Qaldı bizim Aynişanla olan sevgi münasibətimizə, yalandır. Başqa bir xanımla şəkil çəkdirib mediada işıqlandıranda oxucu bunu başlayır yozmağa. Biz Aynişanla sadəcə dostuq. Ona hörmətim var. Bu sona kimi belə davam edəcək".
 
Evlilikdən danışan ifaçı bunları deyib.
 
"Bu haqda hələ düşünmürəm. Özümü hazır görmürəm. Mən Allahdan hər zaman arzu etmişəm ki, o insanı mənə sən göndər. Çünki sən birini sevib, Allahı unutduqda o, yarını əlindən alır. O xanım gələcəksə, həyat yoldaşım olacaq. Allahımı isə ondan çox sevəcəm. Bir dəfə vurulmuşam, dərin sevmişəm. Xəyanət görüb, ayrılmışam. O zaman hiss etmişəm ki, insanı o qədər sevməyə dəyməz. Keçmişi silmişəm, gedib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.