Şou-biznes

Azərbaycanlı teleaparıcı evləndi - FOTO

20 Oktyabr 2014 10:31
21 Şərh     Baxış: 15 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əlamətdar gündə keçirilən toy maraqlı anlarla yadda qalıb.

Milli.Az bildirir ki, RTV-nin tanınmış aparıcısı Rahim Qafarlı subaylığın daşını atıb. Aparıcı 25 yaşında ailə həyatı qurub. Toyda Rahim Qafarlının çalışdığı RTV kollektivi, şou-biznes nümayəndələri və aparıcının yaxınları iştirak ediblər. Azərbaycanın Müstəqillik Günündə qeyd olunan toy maraqlı anlarla yadda qalıb.

Cütlük saraya daxil olmazdan əvvəl Azərbaycanın dövlət himni səsləndirilib. Məclis iştirakçıları himni ayaq üstə dinlədikdən sonra cütlük alqış sədaları altında içəri daxil olub.

Qeyd edək ki, R.Qafarlı 7 ildir RTV-nin müxtəlif baxımlı telelayihələrinin aparıcısı olub. Hazırda televiziyanın "Gün başladı" səhər proqramının aparıcısıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.