Şou-biznes

Əməkdar artist: "Yaxşı kişi və pul"

20 Oktyabr 2014 09:30
4 Şərh     Baxış: 2 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist, tanınmış qarmon ifaçısı Gövhər Rzayeva "İncə Maraqlar" verilişində qonaq olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi işləyən xanımlardan danışıb.
 
"Həyatda iki şey qadını gözəl saxlayır. Yaxşı kişi və pul. Biri olub, biri olmayanda qadın xoşbəxt olmur. Amma yaxşı kişi qadın üçün puldan da qiymətlidir.

Qarmon çalmaq mənim sənətimdir. İşləməsəm, mənə kimdir çörək verən? Ailəmi, nəslimi bir qarmonla saxlayıram. Qadınlar əl yox, ər çörəyi yesələr, yaxşıdır. Onun başqa ləzzəti var. Bir kişi ki evdə bütün ehtiyacları qarşıladı, o qadın dünyanın xoşbəxtidir. Evdə kişi olmaqdan yorulmuşam. Allah mənə can sağlığı versin. Qadın olduğumu unutmuşam. Vaxtım yoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.