Şou-biznes

Rəqsanə kreditlə maşın sürməyi ayıb sayır?

18 Oktyabr 2014 14:50
9 Şərh     Baxış: 2 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova "Şirin çay" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ən bahalı əşyalarından bəhs edib.

O, aparıcının "Deyirlər, bankdan yüz min manat götürmüsüz, 50 min də həyat yoldaşınız verib, üstünə qoyub "Range Rover" almısız" sözlərinə belə cavab verib:
 
"Mənim maşınlarım kredit deyil. Kreditlə maşın sürmək ayıb sayılmır. Hazırda iki "Range Rover"im var, amma nəğd almışam. İdman stilində avtomobilləri sevmirəm,  "Vogue"dur. O qədər gözəl, xeyirxah işlərlə məşğulam ki... Hazırda bir layihə üzərində işləyirəm. Burada əsgərlərimiz, dəb, cəzaçəkmə müəssisəsindəki insanlar haqqında danışacağıq. Yeni mahnılarım, kliplərim var. Başım onlara qarışıb. Haqqımda bu cür şayiələr yayanlara fikir vermirəm. Qalmaqalla işim yoxdur".

R.İsmayılova saat kolleksiyasından da danışıb:

"Saatları çox sevirəm. Ən bahalı saatımın 70 min qiyməti var".

Sənətçi yeni verilişindən danışaraq deyib ki, "Göz önündə" verilişi ATV telekanalında yayımlanacaq: "Bu günlərdə Türkiyəyə getmişdim, müqavilə bağladıq. Hər ay bir türkiyəli müğənni verilişimdə qonaq olacaq. İlk qonağım isə Yıldız Tilbedir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.