Şou-biznes

Əməkdar artist: "Bizdə eləsini saymırlar"

17 Oktyabr 2014 18:05
3 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Elza Seyidcahan prodüserlərdən şikayətlənib.
Milli.Az axşam.az-a isitinadən bildirir ki,"Xəbərsizsiniz" verilişinin qonağı olan müğənni onları qeyri-peşəkarlıqda günahlandırıb:

"İndi prodüserlər deyir ki, get, evini banka qoy, kredit götür, layihə edək. Bacarıqlı insan tapmaq çətindir. Hamı istəyir, prodüser olsun. Amma dəfələrlə şahidi olmuşam ki, adicə telefonu götürüb, danışa bilmir. Buna görə də mənim köməkçim yoxdur. Prodüser var ki, müğənnini pis yola aparır, eləsi də var ki, əksinə, uğur qazandırır. Bizdə peşəkar prodüserlər olub: Asif Kərimov, Vaqif Gərayzadə. Hazırda mən Tolikin işini bəyənirəm. İndi iş görənlərdən çox, havayı yeyənlər var. Müğənninin yanına on-on beş adam yığışır, adlarını da qoyurlar prodüser. Bizdə yanında köməkçi gəzdirməyən, bahalı maşın sürməyən müğənniyə birtəhər baxırlar. Hollandiyada olanda millət vəkilini çox ucuz avtomobildə gördüm. Bizdə eləsini saymırlar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.