Şou-biznes

Xalq artistinin oğlunun toyu - YENİLƏNİB - FOTO

13 Oktyabr 2014 23:04
24 Şərh     Baxış: 22 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:04

Bu gün xalq artisti Mələkxanım Əyyubovanın oğlunun toyu baş tutub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının oğlu Cəfər Səadət adlı xanımla nikah masasına oturub. Bir çox tanınmış simaların da qatıldığı mərasimin idarə edilməsi aparıcı Sərxan Kərəmoğluna həvalə olunub.

Sənət aləminin tanınmış simaları ifaları ilə cütlüyü təbrik ediblər.

Qeyd edək ki, Cəfər və Səadətin oktyabrın 1-də qız toyu, 11-də isə xına mərasimi olmuşdu.

---------
17:58

Xalq artisti, xanəndə Mələkxanım Əyyubovanın oğlu Cəfərin toyudur.
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi bu gün şəhər restoranlarının birində oğluna toy edir. Yalnız ailə və sənət dostlarının iştirakı olan məclisə  media mənsublarının çəkiliş aparmaları üçün qadağalar qoyulub.
 
Qeyd edək ki, xanəndənin oğlu Cəfər bizneslə məşğul olur. O, Səadət adında xanımla ailə həyatı qurur.

Milli.Az

---------
23:04

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.