Şou-biznes

Milli.Az birincilərdən oldu - FOTO

2 Oktyabr 2014 20:22
8 Şərh     Baxış: 2 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Number one" mükafatlandırma mərasimi keçirilib. Milli.Az da mükafat alıb.

Milli.Az xəbər verir ki, açıq havada baş tutan mərasimdə qonaqlar uzunluğu 150 metr olan qırmızı xalıdan keçiblər. Xalıya xüsusi ayrılmış avtomobillərlə təşrif buyuran qonaqlar 50-yə yaxın media nümayəndələrinin və tamaşaçıların qarşısına çıxıblar. Sənət aləminin tanınmış simalarının qatıldığı möhtəşəm gecənin aparıcılğını "Number One"  layihəsinin rəhbəri Tural Ozan özü edib. Layihənin prodüseri isə Humay Muxtarovadır.

Mükafat alanlar arasında xalq artisti Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcı Murad Arif, Lətafət Ələkbərova, prodüser Təranə Səmədova, rejissor Nail Naiboğlu, məşqçi Tural Ağayev, Ceyhun Vəliyev, müğənnilər Zamiq Hüseynov, Natavan Həbibi, Aysel Əlizadə, Elnur Məmmədov, Sevinc Ağaşirinova, Roza Zərgərli, "Bozbash pictures" komandasının aktyorları və başqaları yer alıblar.

Xanımlar üzrə "Number One" müğənni adına bu il Natavan Həbibi layiq görülüb. Bəylər üzrə isə bu adı artıq ikinci ildir qoruyub saxlayan xalq artisti Faiq Ağayev qazanıb.

Növbəti nominasiyalarda klipmeyker Nail Naiboğlu, kino rejissoru isə Yaşar Əhmədov seçilib.

Mərasimdə Milli.Az informasiya portalı, "Onlar", "ATV Maqazin", "Star life", "İncə Sənət", "Şou Biz" maqazin verilişləri, jurnalist Fuad Mədətov da mükafata layiq görülüb.

Gecənin sonunda atəşfəşanlıq edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.