Şou-biznes

Elza Seyidcahan: "Otağım səni özləyir, yatağım səni istəyir"

2 Oktyabr 2014 19:23
8 Şərh     Baxış: 3 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni bu şeir əsasında Pantamimo Teatrında tamaşa hazırlandığını bildirib:

"Şeirimə rejissor Bəxtiyar Xanızadə tamaşa hazırlayıb. Burada mən həm aktrisa, həm müəllif kimi çıxış edəcəm. Çox maraqlı, fərqli bir iş olacaq".

O sənsən, otağım səni özləyir
Yatağım səni istəyir
Hisslərim səni izləyir
İçim sənə gəl deyir...

Ürəyim sənə titrəyir
Yaxın gəl, yaxın
Lap yaxın gəl, yaxın
Yaxınlaş öpdüyüm qədər
Sənə olar... O, sənsən...

Bəs mən kiməm, sənə heyran?
Harda idim bu illərin içində mən?
Səndən başqasın neynirəm?
Mən olmasam,
Neynirsən bu sevdalar içində sən?
Mən yox? Sən yox?
Həyat yox... Zaman yox...
Öncə belə deyildi...
Bundan belə eşq yaranır
Eşq var olur, aşiqlərin içində...

Eşqi qorumaq gərək
Qorumasaq...
İçimizə çən çökər, duman gələr
Dumanlı içi neynirik...
Hissimizi incidərik...
Sakin dumanları yapma
Yaxın gəl yaxın
Lap yaxın gəl...
Yaxın...
Sənə olar...
O... Sənsən...
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.