Şou-biznes

Muğam ifaçısından fərqli layihə

2 Oktyabr 2014 15:24
0 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Muğam ifaçısı Bəyimxanım Vəliyevanın repertuarında yenilik var
Milli.Az xəbər verir ki, o, "Arazbarı" adlı əsər üzərində işləyir. Musiqisi Tahir Əkbərin, sözləri Sona Vəliyevanın olan əsəri Bəyimxanım muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib. Əsərdə bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən söhbət gedir.
 
"Arazbarı"nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça səslənib.
 
Burada muğam olduğu kimi bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndiriblər: "Əsər yaxın vaxtlarda dinləyicilərin ixtiyarına buraxılacaq. Bu, sıradan bir mahnı deyil, böyük bir əsər olacaq.

Həmin əsərin artıq yekunlaşma işləri gedir. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl bir təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizə təqdim edəcəyik", - Bəyimxanım bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.