Şou-biznes

Teleaparıcı Aytən Səfərova canlı yayımda müğənnidən üzr istədi - FOTO

2 Oktyabr 2014 12:00
7 Şərh     Baxış: 4 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS-in aparıcısı Aytən Səfərova ilə müğənni Səidə Sultan arasındakı qalmaqal barışıqla nəticələnib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ötən gün Səidəni "Salam, Azərbaycan" verilişinə dəvət etmişdi.

İfaçının canlı yayıma gəlməsi hər kəsi heyrətləndirib. A.Səfərova da təəccübünü gizlətməyib:

"Şücaətinə heyranam, gələcəyini bilmirdim. Deyirdim, yəqin, tıxac olmasını bəhanə gətirəcək. Sosial şəbəkədə deyirdilər ki, bu qədər sözlərdən, təhqirlərdən sonra gəlməyəcək, qorxacaq. Bizim aramızda insident baş verib. Hətta özümü, söz ehtiyatımı dünəndən hazırlamışdım. Deyirdim, görəsən, necə edim ki, canlı efirdə böyük qalmaqal yaşanmasın. Şücaətli insanları çox sevirəm. Sosial şəbəkədə sual vermişdim: "Səidə Sultan kimdir? Bu sənət üçün nə edib?"

Aparıcının sözlərini gülərək qarşılayan S.Sultan bunları bildirib:

"Birincisi, Səidə insandır, yaxşı adam olmağa çalışır. İnsanlara qarşı kinim yoxdur. Səidə Sultan elə-belə oxuyan olmayıb. Sənətimin peşəkarıyam. Çünki məktəblər arasında keçirilən "Pöhrə" müsabiqəsinin, "Bakı payızı"nın laureatı olmuşam. İncəsənət Universitetinin muğam fakültəsini bitirmişəm, Vaqif Gərayzadənin tələbəsiyəm. Sənətdə hər şeyi öz gücümə etmişəm. Pulum olubsa, layihəmi gerçəkləşdirmişəm, olmayanda kənara çəkilmişəm. Efirə gəlməyə qaldıqda isə... Əgər söz vermişəmsə, edəcəkdim. Mən Allahdan qorxuram, başqa heç kəsdən. Kimsə, nəsə deyərsə, şəxsiyyətimə toxunarsa, cavabını verəcəm. Xətrimə dəyən söz evli kişi söhbəti oldu. Həyatımda heç vaxt evli kişi olmayıb. Özümü onun xanımının yerinə qoyuram, ailəlidirsə, onunla necə münasibət qura bilərəm? Dürüst olsunlar, insanın səmimiliyindən istifadə etməsinlər. Burada dürüst insanlar çoxdur. Məni mənim özüm kimi tanımaq lazımdır".

Aytən Səfərova: "Bir neçə gündür mənə şou-biznesin tanınmış simaları zəng vururlar ki, əcəb etdin, Səidəni əzdin, o kimdir? Çox şücaətlisiniz ki, buraya gəldiniz. Qarşıdan Qurban bayramı gəlir. Barışıq elan edilsin. Allaha da xoş gedər ki, bəndələr arasında küsülülük olmasın. Bağışlayın ki, sizə sataşmışdım", - deyib.

Sonda aparıcı və müğənni öpüşərək barışdıqlarını bildiriblər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.