Şou-biznes

Nadir Qafarzadə Faiq Ağayevin üzünə belə baxmadı - FOTO

2 Oktyabr 2014 11:08
6 Şərh     Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənətçilər "Qonaqlıq" kameralarına tuş gəliblər

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, İlhamə Quliyevanın qonağı olan sənətçilərin bir-birinə qarşı soyuq münasibətləri gözdən yayınmayıb. Qonaqlarını təqdim edən İlhamə Quliyeva hər iki sənətçi haqda ağızdolusu sözlər  səsləndirib. Diqqət çəkən nüans isə masa ətrafında Nadir Qafarzadə barədə söhbət gedərkən Faiq Ağayevin oturduğu kürsüsünün boş qalması olub.

Qonaqlıq zamanı maraqlı faktın üstü açılıb. Deyilənə görə, 14 il əvvəl İlhamə Quliyeva və anası Tükəzban xanım Nadir Qafarzadəni dinləmək üçün ifa etdiyi məkana gedirmişlər.

"14 il əvvəl Tükəzban xanımla İlhamə xanım ifa etdiyim əyləncə mərkəzlərinə dinləməyə gələrdilər. O vaxt məni heç kim dinləmək istəməyəndə onlar bəyənmişdilər".

Primadonna da bu açıqlamanı təsdiqləyib. O, "anamla Nadirə pərəstiş edərdik", - deyə əlavə də edib.
 
"Anam Nadirin ifasını çox bəyənərdi. Həftədə iki dəfə Nadirin oxuduğu yerə anamı şam yeməyinə aparardım. O vaxtdan Nadirə pərəstişkarlıq edərdik".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.