Şou-biznes

Röya: "Əhvalımı heç kim korlaya bilməz"

1 Oktyabr 2014 17:38
4 Şərh     Baxış: 3 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur müğənni Röya Ayxan həmkarı Xəyyam Nisanovla birgə yeni duet ərsəyə gətirir.
Bəstəkar Murad Arifin müəllifi olduğu "Sənə ehtiyacım var" adlı mahnıya hazırda klip çəkilir. Milli.Az xəbər verir ki, Röyanın ailəm.az-a verdiyi məlumata görə, klip Türkiyənin İstanbul şəhərində lentə alınır. Yeni işi türkiyəli rejissor Murad Küpşi çəkir. İfaçıların görünüşü üzərində isə Bener Hamamçı çalışır.

Murad və Bener daha öncə Röyanın ifa etdiyi, musiqisi Pərviz Mahmudovun, sözləri Azər Şirinin olan "Mən sənsiz" adlı mahnının klipinə də ekran həyatı veriblər.

"Başım işə qarışanda xoşbəxt oluram. İşləyən zaman isə əhvalımı heç kim korlaya bilməz. Yaxşı komanda ilə çalışanda da o əhval daha da yüksək olur. Məncə, hər birimizin yaxşı işə ehtiyacı var. Murad Arifin yazdığı mahnını çox bəyəndim və əminəm ki, Xəyyamla duetimiz uğurlu alınıb. Mahnını hələ heç kim dinləməyib. "Sənə ehtiyacım var" kliplə birgə təqdim olunduqdan sonra seviləcəyinə də şübhə etmirik", - deyə Röya danışıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.