Şou-biznes

Azərbaycanlı müğənni: "Bütün işimi-gücümü atıb eşq dalınca qaçmayacam ki..."

1 Oktyabr 2014 13:36
4 Şərh     Baxış: 1 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Könül Kərimova sevgi hisslərindən danışıb
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Şoubiz+" verilişinə açıqlamasında onun üçün şəxsi həyatın önəmli olduğunu bildirib:

"Sevgiyə vaxtım yoxdur. Bu dəqiqə oğlumun qız sevən, qızımın istənən, qapımın döyülən vaxtıdır. Hazırda mənim sənətim axırdadır. Sevgimin ünvanı olmayıb. Ömrüm boyu sevgini axtarmışam. Hər bir insanın daxilində məhəbbət var. Bütün işimi-gücümü atıb eşq dalınca qaçmayacam ki... Bunu heç övladlarıma da arzulamıram".

K.Kərimova gənc ifaçıların ünvanına sərt sözlər deyib:

"Çox tənbələm. Buna görə də, irəli gedə bilmirəm. Əgər həvəsim olsaydı, aləmi alt-üst edərdim. Bu gün gündəmdə olanların 30-40 faizinin sənəti yoxdur. Onların ağlı sənəti olanlardan azdır. Mənim sponsorum olmayıb. Gənclərə demək istəyirəm ki, oturub gözləməyin, kimsə sizə dəstək olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.