Şou-biznes

Ruhi: "Bəzi sənətçilərin məni qəbul etməmələrini anlamadım"

30 Sentyabr 2014 15:22
21 Şərh     Baxış: 7 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Biznes-ledi Ruhi Əliyeva ona qarşı olan qısqanclıqlardan danışıb
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda biznes-ledi "Dəb siz" layihəsinin təqdimatı zamanı söhbət açıb:

"Hər kəs hər kəsi qəbul edə bilməz, hər kəs hər kəsin dediyi sözü uda bilməz. Mən hamıya hörmətlə yanaşıram. Bəzi sənətçilərin məni qəbul etməmələrini anlamadım. Amma yaxşı ki, qəbul etmədilər. Mən sənətçi, sənətkar deyiləm, sadəcə olaraq, Ruhiyəm. Bu aləmdə jurnalistlər bizi qaldırır və ya yerə vurur. Hər kəs qarşısındakına hörmət etməlidir. 

Mənim haqqımda o qədər pis yazılar yazıblar ki, oxuyub hönkür-hönkür ağlamışam. Ağlayıb özümə sual verirdim ki, bunlar məni bu gözlə görürlər? Özümü belə tanıtmışam? İnsanların daxilinə toxunmaq olmaz. Mən işçilərimə söz deyəndə səhərə qədər yata bilmirəm ki, görəsən, ürəyinə saldı. Tanınmış adam haqda yalan yazmaq tərbiyəsizlikdir. Deyirdilər ki, Ruhi oxuya bilmir. Cavab verirdim ki, düz deyirlər. İşimi tənqid edə bilərlər, amma mənəviyyatıma toxuna bilməzlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.