Şou-biznes

Falçı yanına gedən Sevdani niyə qovdular? - FOTO

30 Sentyabr 2014 14:36
7 Şərh     Baxış: 3 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın  aylarda oğul  anası olacağı deyilən Sevda Sanəliyevadan maraqlı etiraf

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Günə Baxan" verilişinin qonaqlarından biri də müğənni Sevda Sanaliyeva olub.
 
Mövzusu falçılara həsr edilən verilişdə aparıcı Kamran Həsənli müğənni Sevda Sanəliyevaya: "Bilirəm ki, falçılara tez-tez müraciət edirsən. Ona görə sən də mövzuya qoşula bilərsən", - deyib. Müğənninin Kamran Həsənlinin sözlərinə ilk reaksiyası: "Yox, heç vaxt falçıya getməmişəm", - sözlərindən ibarət olsa da, Sevda daha sonra həqiqəti etiraf edib:
 
"Bir dəfə getmişəm. O da maraq üçün. Haradasa 10 il bundan öncə. Mən tez-tez depressiyaya düşən insanam. Belə bir vəziyyətdə idim. Çox yaxın dostlarımdan biri dedi ki, "gəl aparım səni". Başımı "bişirib" apardı. Getməyimə də peşman oldum. İnanmadığım üçün oradan qovuldum. O haqqımda dedikcə mən gülürdüm. Bu da onun əsəblərinə toxundu".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.