Şou-biznes

Aygün Kazımova: "Hər şey edəcəm, yeri gəlsə, ölümə də gedəcəm"

30 Sentyabr 2014 12:47
6 Şərh     Baxış: 3 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Aygün Kazımova gənc ifaçılara məsləhətlər verib.
Milli.Az axşam.az-a məlumatına görə, müğənni "Onlar" verilişinə açıqlamasında "mənəm-mənəm" deyən müğənniləri qınayıb:

"Sənətə gələndə qarşına məqsəd qoymalısan ki, mən vaxt gələcək birinci olacam. Burada sənətdən söhbət gedir. Efirdə böyük-böyük danışıb, özünü gülünc yerinə qoyma. Baxırsan, yaşı azdır, çıxıb yekə-yekə danışır. Ağzından bir kəlmə çıxaranda çox şeyi fikirləşməlisən. Birinciliyə potensialı olmayan "xoruz" kimi səs çıxaranda gülməlidir. Amma özünə inamlı şəkildə "Mən qarşıma düşən çətinliklərin öhdəsindən gələcəm. Bu sənətdə birinci olacam" demək daha gözəldir. Mən də sənətə gələndə qarşıma məqsədlər qoydum. Bilmirdim ki, vaxt gələcək xalq artisti adını alacam. Amma əmin idim ki, sənət üçün hər şey edəcəm, yeri gəlsə, ölümə də gedəcəm. Getdim də... Bilirdim ki, estradada məndən olmayacaq".

A.Kazımova yeni mövsümdən bütün verilişləri izlədiyini də deyib:

"Baxıram ki, görüm kim nə yenilik etdi, nələr oldu. Amma yerli ifaçıları dinləmirəm. Mənim bunu deməyə haqqım çatır. Özümü qoruyuram. İstəmirəm, lazım olmayan boğazlar qulağıma dəysin, keyfiyyəti aşağı olan bir şeyə baxım. Mən sənətimi bu qədər dəyərləndirirəm. Bəlkə kimsə bu sözümə görə məni qınayacaq. Amma bu, faktdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.