Şou-biznes

Əməkdar artist oğlunun küçəyə atdığı gəlini barədə danışdı - YENİLƏNİB - FOTO

30 Sentyabr 2014 14:55
32 Şərh     Baxış: 26 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vahid Əliyevin oğlu Ramin həyat yoldaşını evindən qovub


14:55

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının tanınmış aktyoru Vahid Əliyev keçmiş gəlini barədə ilk dəfə olaraq publika.az-a açıqlama verib. Aktyor gəlini ilə oğlu arasında yaşananlara aydınlıq gətirib.

Qeyd edək ki, aktyorun gəlini Könül "Öz aramızda" verilişində əri tərəfindən döyüldüyünü və əşyalarının küçəyə atıldığını bildirib. Könül keçmiş ailəsi haqda bunları söyləyib:

"Məni döyür, saçımı yolurdu. Məcburi aparıb nikahı da pozdurdu. Buna baxmayaraq, evimə gedib gözlədim. Ayrılmadım ki, bəlkə, barışarıq, düzələr. Əşyalarımı küçəyə tökdü. Mənə nə üçün belə etdiyini desin. Məni ona zorla ərə verməyiblər, özü istəyib alıb. Mən qaynatamdan şikayətçi deyiləm. Bunları mənə oğlu edib".

Qeyd edək ki, Ramin Əliyev Rus Dram Teatrının aktyorudur.

Aktyor gəlininin məqsədli şəkildə efirə çıxaraq onun ailəsi barəsində danışdığını bildirib: "Efirə çıxıb ağzına gələni çərənləmək olmaz. O gəlinin efirə çıxmasında məqsəd "yorğan" davasıdır. Oğlumun maşını var, qız onun avtomobilinin satılıb, ona da pay düşməsini istəyir. Efirdə ağzına gələni danışır, mənim nüfuzuma xələl gətirmək istəyir, amma buna nail ola bilməyəcək. Deyir ki, mebelini sındırmışıq, küçəyə atmışıq, bəs bu barədə il yarımdan sonra niyə danışır? Elə həmin vaxt aləmə car çəkərdi də. Boş-boş sözlərdir".

Hazırda işin məhkəmədə olduğunu deyən aktyor, ümumiyyətlə, bu barədə danışmaq istəmədiyini bildirdi: "Mən efirə də çıxıb ağzıma gələni danışa bilərdim. Amma çıxmadım, çünki istəmədim o gəlinin gələcək həyatına kölgə salım. Amma başqası olsaydı, bunu edərdi. Fikirləşdim ki, cavan qadındır, gələcəkdə kiminləsə ailə qura bilər, mən niyə onun barəsində nəsə xoşagəlməz söz deyib, həyatına mənfi təsir edim? Eybi yox, qoy özü bizim ailə barəsində nə istəyir, danışsın".

Onu da öyrəndik ki, aktyor oğlu üçün gəlini özü seçibmiş. Qız onun yaxın dostu və uzaq qohumunun qızı imiş. Cütlüyün ayrılma səbəblərinə gəlincə, aktyor seçimində yanıldığını dedi: "Ali savadı olsa da, qızın səviyyəsi yox idi. Oğlum onun əlindən evə gəlmək istəmirdi. Gecəyarısı evə gəlirdi".

Aktyor keçmiş cütlüyün övladının da olmadığını dedi. Bəs barışıq barədə düşünürsünüzmü? Aktyora ünvanladığımız suala aldığımız cavab belə oldu: "Barışıqdan söhbət belə gedə bilməz".  

---------
12:26

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktyorun gəlini Könül "Öz aramızda" verilişində deyib.

O, əri tərəfindən döyüldüyünü və əşyalarının küçəyə atıldığını bildirib. Könül keçmiş ailəsi haqda bunları söyləyib:

"Məni döyür, saçımı yolurdu. Məcburi aparıb, nikahı da pozdurdu. Buna baxmayaraq, evimə gedib gözlədim. Ayrılmadım ki, bəlkə, barışarıq, düzələr. Əşyalarımı küçəyə tökdü. Mənə nə üçün belə etdiyini desin. Məni ona zorla ərə verməyiblər, özü istəyib alıb. Mən qayınatamdan şikayətçi deyiləm. Bunları mənə oğlu edib".

Qeyd edək ki, Ramin Əliyev Rus Dram Teatrının aktyorudur.

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.