Şou-biznes

Əməkdar artist: "Qızımı istəyən oğlanın pulu, Bakıda evi yoxdursa..."

30 Sentyabr 2014 10:11
25 Şərh     Baxış: 9 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qızımı savadsız oğlana ərə vermərəm"
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəzər" telekanalında qonaq olan əməkdar artist Nüşabə Ələsgərli deyib.

İfaçı bildirib ki, əgər kürəkənin evi olmasa, ona ev də verəcək: "Qızımı istəyən oğlanın pulu, Bakıda evi yoxdursa, bunu keçərəm. Amma onun savadı yoxdursa, qızımı vermərəm. Məktəb oxuyardı. Təhsilsiz bir oğlana qızımı niyə verim?

Mənim qızım təhsilli, dünya görüşü olan bir qızdır. Niyə savadsıza getsin? İşləyəndən sonra ona ev də verərəm. Vacib deyil ki, milyonlar gətirsin. Mənim qızımın yeməyini, çörəyini verəcəksə, qalan hər şey düzələcək". 
 
Qeyd edək ki, N.Ələsgərlinin 2 övladı var. Oğlu Orxan və qızı Nigar bu il ali məktəbə daxil olublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.