Şou-biznes

"Onun səhnədə soyunması normaldı"

29 Sentyabr 2014 18:10
3 Şərh     Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Elza Seyidcahan parodiyalarından bəhs edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Onlar" verilişinə açıqlamasında onu təqlid edənlərə əsəbləşmədiyini deyib:

"Parodiyalar məni qıcıqlandırmır, əksinə sevindirir. Hər bir şair, bəstəkar, yaradıcı insan istəyir ki, onun sənəti müzakirə olunsun. Buna normal baxıram, alqışlayıram. Çünki bunu edən də müzakirələrə vaxt ayırıb. Amma elə sənətkarlar da var ki, heç vaxt diqqət mərkəzində olmurlar.

Sənəti peşəkərcasına təqdim etmək lazımdır. Elza səhnədə hər şey edə bilər. Bu, sizi təəccübləndirməsin, əsəbləşdirməsin. Ledi Qaqanın soyunması normaldır. Onu Türkiyədə olarkən səhnədə geyindirdilər. Onun da bir mənası var idi. Amma bunun üçün əlçatmaz ssenari, süjet xətti olmalıdır. Səhnədə çılpaqlıq da sənətdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.