Şou-biznes

"Aygün Kazımovanın zəngi gəlməyindən önəmli idi"

29 Sentyabr 2014 11:49
7 Şərh     Baxış: 2 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Günay İbrahimli xalq artisti Aygün Kazımovanın onun haqqında səsləndirdiyi fikirlərə cavab verib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Onlar" verilişinə açıqlamasında A.Kazımovanın "Günay burnunu əməliyyat etdirsə, yaxşı olar" sözlərinə belə reaksiya bildirib:

"Burnumda ət yoxdur, yoxlanmışam. Hətta plastik formada da müayinədən keçmişəm. Həkim dedi ki, burnunu əməliyyat etmək olmaz. Orada qlobal bir problem yoxdur. Rahat nəfəs ala, danışa bilirəm. Burnumu əməliyyat etdirmək fikrində deyiləm. Bu açıqlama Aygün xanımla aramızda heç bir inciklik yaratmır.

Aygün Kazımova bir brenddir. Dövrün müğənnisi ayrı, brend başqa. İzlədiyim klipləri, bir çox yenilikləri ilə sənətdə çox şeyə imza atıb. Aramızı vurmağa çalışsalar, zəng edib danışarıq. Sözüm varsa, kiminsə vasitəsilə çatdırmıram, özüm deyib, aydınlıq gətirirəm. Aygün xanım konsertimə gələ bilməmişdi, Bakıda deyildi. Amma telefonla əlaqə saxlamışdı. Onun zəngi mənim üçün çox önəmli idi. Dedi ki, heç kimə fikir vermə, telefonunu söndür. O sözlər gəlməyindən də önəmli idi. Onun bu dəstəyini unutmaram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.